Tədmirdə 13 Suriya əsgəri həlak olub
Suriya ordusu Homs rifindəki Tədmirda (Palmira) 13 əsgərin öldürüldüyünü bildirib.
Suriyanın rəsmi Xəbər Agentliyi (SANA) Suriya hərbi mənbələrinə istinadən bildirib ki, hərbçilərin istirahət yerinə çevrilmiş avtobus bazar günü axşam saatlarında terrorçular tərəfindən hücuma məruz qalıb və orada olanların əksəriyyəti ölüb və yaralanıb.
Suriya ordusundakı mənbələrin məlumatına görə, 13 əsgərin şəhid olduğu, 18 əsgərin yaralandığı hücumda terrorçular müxtəlif növ silahlardan istifadə edib.
Təxminən iki ay əvvəl bənzər bir hadisədə baş vermiş və Suriya əsgərlərini daşıyan avtobusa hücum nəticəsində 5 əsgər həlak olmuş, 20 əsgər yaralanmışdı. Hücuma görə məsuliyyəti İŞİD öz üzərinə götürmüşdü.
SANA-nın məlumatına görə, terrorçu qruplar ABŞ-ın Tənif bölgəsindəki bazası ətrafında terror əməliyyatlarını təşkil edirlər.
ABŞ qüvvələrinin Qəsd həbsxanalarında saxlanılan bir sıra İŞİD terrorçularını bölgəyə daşıdığı və təşkilatlandırdığı bildirilir.