Sionist rejimin başçısı Türkiyəyə səfər ərəfəsində

Sionist rejimin başçısı Türkiyəyə səfər ərəfəsində

Sionist rejimin başçısı Türkiyə Prezidentinin dəvəti ilə Ankaraya iki günlük səfər edəcək.

İsrail Prezidenti İshaq Hersoq Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşmək üçün çərşənbə günü (martın 9-da) Ankaraya iki günlük rəsmi səfər edəcək.

Anadolu xəbər agentliyinin məlumatına və İsrail Prezidentinin ofisindən verilən açıqlamaya görə, o, Ərdoğanın dəvəti ilə həyat yoldaşıyla birlikdə Türkiyəyə gedəcək və iki gün Ankara və İstanbulda olacaq.

Məlumatda deyilir: “Hersoq 2008-ci ildən sonra Türkiyəyə səfər edən ilk İsrail rəsmisi olacaq. Bundan əlavə, onun səfəri Tel-Əviv Prezidentinin 2003-cü ildən bəri Ankaraya ilk səfəri hesab olunacaq.”

Görüş zamanı Ərdoganan və Hersoq ikitərəfli münasibətləri və Tel-Əviv-Ankara münasibətlərini müzakirə etməklə yanaşı, iki hökumət və iki xalq arasında müxtəlif sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi yollarını müzakirə edəcəklər.

Ərdoğan daha əvvəl Ankara-Tel-Əviv münasibətlərinin yeni mərhələyə qədəm qoyduğunu iddia edərək, İsrail Prezidentinin Türkiyəyə səfərinin müsbət olacağını və ikitərəfli münasibətlərə müsbət təsir edəcəyini demişdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

5 − 1 =