Qüdsdə qəhrəmanlıq əməliyyatı həyata keçirən gənc fələstinli
Fələstinin Qüds şəhərində 19 yaşlı fələstinli gənc İsrail əsgərlərinə hücum edərək 2 İsrail əsgərini yaralayıb.
Bəzi şahidlər bildiriblər ki, İsrail polisi Məscidül-Əqsaya girməzdən əvvəl Babul-Əsbatda bir gənci güllələyib.
Bəzi İbrani KİV-lərinin məlumatına görə, gənc oğlan soyuq silahla hücum etdikdən və iki sionist polisi yaraladıqdan sonra güllələnib.
Sionist polisin məlumatına görə, Köhnə Qüds şəhərinin Babul-Əsbat yaxınlığında sionist polisinə hücumun səbəbkarı 19 yaşlı gəncdir.
Sionist polis mənbələri 19 yaşlı şəhid Kərim Camal Əl-Qəvasiminin işğal olunmuş Qüdsün Ət-Tur qəsəbəsindən olduğunu açıqlayıb.
Bəzi yerli mənbələr işğalçı qüvvələrin gənci vurduqdan sonra Məscidül-Əqsanın qapılarını bağladığını və namaz qılanların səhər namazını qılmasına mane olduğunu təsdiqləyib.
Rejimin işğalçı və kəşfiyyat qüvvələri bu bazar günü səhər saatlarında şəhid Kərim Camal Əl-Qəvasiminin Ət-Tur qəsəbəsindəki evinə basqın edib.
İşğalçı qüvvələr şəhidin evində axtarış aparıb, anası və qardaşı Məhəmmədi həbs edib, atasını dindirməyə çağırıb. İşğal altındakı həbsxanalarda il yarım yatdıqdan sonra şəhid Əl-Qəvasimi həbsdən azad edilmişdi.