HƏMAS sionist rejimin Türkiyəyə səfərindən təəssüflənir
Sionist rejim liderinin Türkiyəyə səfərindən sonra Fələstin İslami Müqavimət Hərəkatı (HƏMAS) bəyanat verərək, sionist rəsmilərin ərəb və islam ölkələrinə səfərindən narahatlığını və təəssüfünü bildirib.
İsrail Prezidenti İshaq Hersoq Türkiyəyə gəldikdən bir neçə saat sonra Fələstin İslami Müqavimət Hərəkatı (HƏMAS) bəyanat yayıb.
HƏMAS-ın rəsmi saytında dərc olunan açıqlamaya görə, bəyanatda deyilir:
“Biz sionist rejimin rəsmiləri və rəhbərlərinin bir sıra ərəb və İslam ölkələrinə səfərini böyük narahatlıqla izlədik, sonuncusu isə bu rejimin başçısı İshaq Hersoqun Türkiyəyə səfəri oldu.”
HƏMAS daha sonra sionist rəsmilərin Fələstin xalqının mübarizəsi və onların addımlarını haqlı adlandıran ölkələrə səfərindən narahatlığını bildirib. O, sionist rejimə bölgəyə soxulmaq və öz xalqlarının maraqları ilə oynamaq şansı verməməyə çağırıb.
Hərəkat həmçinin sionist düşmənlə hər hansı əlaqəni rədd etmək kimi prinsipial mövqeyini təkrarlayıb. Rejimin işğal altındakı Qüds və Məscidül-Əqsanı təhqir və yəhudiləşdirərkən, Qəzzə zolağı xalqını mühasirəyə alaraq onlara hücum etməyə və minlərlə fələstinli həbsdə saxlamağa, uşaqları öldürməyə, evləri dağıtmağa və fələstinliləri didərgin salmağa davam edir.
Bəyanatın sonunda HƏMAS Fələstin xalqı ilə daha çox həmrəylik nümayiş etdirməyə və müsəlmanların və İslam ümmətinin birinci qibləsinin müdafiəsində sabitliyin möhkəmləndirilməsinə çağırıb.
Bu sözlər İsrail Prezidenti İshaq Hersoqun bir neçə saat əvvəl Ankaraya gələrək türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşündən sonra deyilib.
Türkiyə xalqı dünən və bu gün “Allah Əkbər”, “İsrailə ölüm” və “ABŞ-a ölüm” şüarları səsləndirərək bu rejimin bayrağını yandırarkən, sionist rejimin başçısı Türkiyəyə daxil olub. Sionist rəsminin öz ölkələrinə səfərindən ikrah hissi keçirdiklərini ifadə edib.