Rusiya müharibəni BU TARİXDƏ dayandıra bilər – VİDEO

Rusiya müharibəni BU TARİXDƏ dayandıra bilər – VİDEO

Publika.az xəbər verir ki, bu fikri “Bellingcat”ın araşdırmaçı jurnalisti Kristo Qrozev bildirib.

Qrozevin sözlərinə görə, Rusiyanın Ukraynaya qarşı müharibəsinin bitmə tarixini proqnozlaşdırmaq çətindir.

“Qorxuram, elə bir dövr olacaq ki, müharibənin bitib-bitməyəcəyi bəlli olmayacaq. Amma daha qan tökülməyəcək və bu, ən vacib şeydir. Düşünürəm ki, biz bunun 1 həftə, bəlkə də 10 gün içərisində gerçəkləşəcəyinə yaxınlaşırıq”, – Qrozev bildirib.

O, fikrini Rusiyanın resurslarının tükənmək üzrə olması ilə əsaslandırıb: “Onlar bunu başa düşürlər. Onlar üçün daha yaxşı olar ki, hətta müharibəni başa vurmasınlar, çünki onlar itirdiklərini etiraf etməlidir. Amma hansısa donmuş mərhələdə dayandırmalıdırlar”.

Publika.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

8 + 18 =