Marsda su və küləyin mövcudluğuna dair yeni sübutlar tapılıb

Marsda su və küləyin mövcudluğuna dair yeni sübutlar tapılıb

Çin, Kanada və Almaniyadan olan beynəlxalq alimlər qrupu Zhurong roverindən istifadə edərək Marsda su və küləyin mövcudluğuna dair yeni sübutlar tapıblar.

Trend xəbər verir ki, roverin kameralarından alınan görüntülər düzənliyin roverin keçdiyi hissənin kifayət qədər düz olduğunu göstərib. Ərazidə aparılan torpaq analizin nəticəsində planetin digər yerlərində olduğu kimi eyni göstəricilər aşkarlanıb.

Bununla belə, ortaya çıxan görüntülərdə küləyin təsirindən əmələ gəldiyi ehtimal edilən qayaların üzərində kiçik kəsikli xətlər görünüb. Bəzi daş parçalarının üzərində isə su eroziyasının izləri aşkar olunub.

Zhurong aparatı Marsa 2021-ci ilin mayında çatıb. Həmin vaxtdan o, planetin şimal yarımkürəsindəki Utopiya düzənliyi bölgəsində 60 Mars günündə 450 metr məsafə qət etməyi bacarıb.

Trend.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

16 + 13 =