İordan çayının qərb sahilində sionist silahlılar tərəfindən onlarla fələstinli yaralanıb

İordan çayının qərb sahilində sionist silahlılar tərəfindən onlarla fələstinli yaralanıb

Müxtəlif mənbələr İordan çayının şimalında sionist yaraqlıların hücumu nəticəsində onlarla fələstinlinin yaralandığını bildirir.

İsrail ordusu tərəfindən güllələnərək öldürülən fələstinli gəncin dəfn mərasimindən sonra Nablusun şimalındakı Bərqa kəndində sionist hərbçilərlə fələstinlilər arasında toqquşmalar baş verib. Xəbər mənbələrinə görə, sionist hərbçilər fələstinlilərə hücum etmək üçün həqiqi güllələr və gözyaşardıcı qazdan istifadə edib və fələstinli gənclər də onlara daş ataraq müqavimət göstərib.

Tibbi mənbələrdən Anadolu Xəbər Agentliyinə verilən məlumata görə, bir fələstinli əlindən güllə yarası alaraq xəstəxanaya aparılıb. Çərşənbə günü səhər elan edilib ki, Bərqa kənd sakini 23 yaşlı Əhməd Hikmət Seyf bir neçə gün əvvəl İsrail qüvvələri ilə fələstinlilər arasında baş verən toqquşmada yaralanıb və aldığı ağır xəsarətlərdən şəhid olub.

O, sionist işğalçı qüvvələrin Bərqa bölgəsində fələstinli məhbuslara dəstək yürüşünün yatırılması zamanı 3 güllə yarası alıb və ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Onun şəhadəti dünən elan edilib. Bu həftə İsrail qüvvələrinin birbaşa atəşi nəticəsində iki fələstinli gənc həlak olub. Son zamanlar Qüds, Cənin və Nablus kimi Fələstin ərazilərində anti-sionist hərəkatlar artıb və vəziyyət gərginliyə doğru irəliləyib.

Qüdsün şərqində Əbu-Deys şəhərində sionist yaraqlılar tərəfindən fələstinli yeniyetmə Yamən Nafiz Cəmal güllələnib. Dörd gün əvvəl isə işğal altındakı Qüdsün Ət-Tur şəhərindən olan “Samir Cəmal Əl-Qavasimi” adlı 19 yaşlı fələstinli şəhadət əməliyyatı zamanı iki sionist əsgəri yaralayıb və onların açdığı atəş nəticəsində şəhid olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

20 − 19 =