Separatçılar təxribat törətdikləri kəndlərdən çıxarılır?
Bunu Publika.az-a açıqlamasında politoloq Zaur Məmmədov deyib.
Politoloqun sözlərinə görə, yaxşı olardı ki, Qarabağa müvəqqəti yerləşdirilmiş rusiyalı sülhməramlıların komandanı Andrey Volkov, həm də oradakı separatçılar dünyadakı mövcud reallığı düzgün başa düşsünlər:
“Öz məsuliyyətlərini anlasınlar və bu kimi təxribatlardan çəkinsinlər. Əks təqdirdə Azərbaycan Ordusunun qarşısını heç kəs ala bilməyəcək. Bu aspektdən düşünürəm ki, hazırda nə lazımdırsa, edilir. Proseslər gedir. Bütün bunlar hələlik qapalı şəkildə baş tutsa, daha yaxşı olar. Görünən odur ki, doğrudan da Qarabağın dağlıq hissəsində proseslər sakit vəziyyətdən dinamik səviyyəyə keçməkdədir
. Eyni zamanda, bəzi adamların mətbuatda yazdığı kimi, müharibəyə və ya digər proseslərə şahidlik etməyəcəyik. Əksinə, biz Azərbaycan Ordusunun ağıllı şəkildə ağıllı gedişlər edəcəyini və öz məqsədlərinə çatacağını görəcəyik. 10 noyabr 2020-ci ildə qəbul edilmiş üçtərəfli bəyanatın qəbul edilməsindən sonra biz bir neçə dəfə bu kimi amilləri görmüşük.
Ordumuz Ermənistan-Azərbaycan sərhədində, eyni zamanda Qarabağın dağlıq hissəsindəki ərazilərdə öz yerdəyişmələrini edə bilər. Eləcə də ermənilərin təxribatlarla məşğul olduğu bəzi kəndlərdən onların uzaqlaşdırılmasının da bizim tərəfimizdən həyata keçirilməsi mümkündür”.
Publik.az