2 ayda 47 yəmənli uşaq öldürülüb və yaralanıb

2 ayda 47 yəmənli uşaq öldürülüb və yaralanıb

Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu (UNICEF) bəyanat yayaraq, son iki ayda 47 yəmənli uşağın öldürüldüyünü və yaralandığını bildirib.

UNICEF-in bəyanatında deyilir ki, 2022-ci ildən bəri son iki ayda Yəmənin müxtəlif bölgələrində ən azı 47 uşaq ölüb və yaralanıb.

Həmçinin, bəyanatda BMT-nin araşdırmalarına görə Yəməndə müharibə başlayandan (yeddi il əvvəl) bəri 10200-dən çox uşağın öldürüldüyü və yaralandığı qeyd olunub.

“Russia Today”-in məlumatına görə, bəyanatda deyilir: “Yəməndə milyonlarla uşaq və onların ailələri üçün dəhşətli nəticələrə səbəb olan zorakılıq, yoxsulluq və səfalət yayılıb. Yəmənlilər və onların övladlarının layiq olduqları sülh və əmin-amanlıq içində yaşaması üçün qalıcı siyasi həll yolu tapmağın vaxtı gəlib çatıb.”

Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi Ərəb Liqasının Yəmənə qarşı təcavüzü başlayandan bəri Yəmənin səhiyyə, iqtisadiyyat, təhsil və s. sektorları ciddi şəkildə zədələnib və 3 milyon 300 mindən çox yəmənli köçkün düşüb, məktəb və düşərgələrdə yaşayır ki, bu da yoluxucu xəstəliklərin və vəbanın yayılmasına səbəb olub.

Yəməndə 2500-dən çox məktəb yararsızdır və hərbi məqsədlər üçün istifadə olunur və ya qaçqınlar üçün sığınacaqlara çevrilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

1 × 3 =