İranla İraq arasında DİPLOMATİK GƏRGİNLİK: səfir xinə çağırıldı, NOTA VERİLDİ

İranla İraq arasında DİPLOMATİK GƏRGİNLİK: səfir xinə çağırıldı, NOTA VERİLDİ

Publika.az TASS-a istinadla xəbər verir ki, bu barədə Ərəb Respublikası Xarici İşlər Nazirliyinin mətbuat katibi Əhməd əs-Sahaf məlumat verib.

O bildirib ki, bazar günü gecə İraqın Ərbil şəhərinə raket hücumu ilə bağlı etiraz notası səfirə təqdim edilib.

“Xarici İşlər Nazirliyi İranın Bağdaddakı səfirini çağırıb və ona Ərbil şəhərinə raket hücumu ilə bağlı İraq hökumətinin etirazını bildirib”, – deyə İraq Xəbər Agentliyi onun sözlərindən sitat gətirib.

Bundan əvvəl İraq Nazirlər Kabineti məlumat vermişdi ki, Təhlükəsizlik Məsələləri üzrə Nazirlər Şurası İran ərazisindən Ərbildə raket buraxılışını beynəlxalq prinsip və normaların pozulması kimi qiymətləndirib və bununla bağlı diplomatik kanallar vasitəsilə İran rəhbərliyindən açıq və aydın izahatlar tələb edib.

Xatırladaq ki, bazar günü gecə saatlarında İraqın şimalındakı Ərbil şəhəri atəşə tutulub. Əldə edilən məlumata görə, ABŞ Baş Konsulluğunun tikilməkdə olan binası yaxınlığında bir neçə raket partlayıb. Zərər “Kurdistan24” telekanalının ofisinə dəyib. Tələfat olmayıb, bir yerli sakin yüngül xəsarət alıb.

Bir sıra ərəb KİV-ləri raketlərin İsrail kəşfiyyatı “Mossad”ın yerləşdiyi yerə düşə biləcəyini yazıb, lakin İraq Kürdüstanı hakimiyyəti bu cür obyektlərin Ərbil ərazisində olması barədə məlumatı təkzib edib. Daha sonra xəbər verilib ki, İslam İnqilabı Keşikçiləri Korpusu (İran Silahlı Qüvvələrinin elit bölmələri) hücuma görə məsuliyyəti öz üzərinə götürüb, guya bu, İsrailin son cinayətlərinə cavab olub.

Publika.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

two × four =