İraq Parlament Fraksiyasının sədri: ABŞ bazalarının, sionist rejimin və Türkiyənin İraqdakı mövcudluğuna son qoyun!

İraq Parlament Fraksiyasının sədri: ABŞ bazalarının, sionist rejimin və Türkiyənin İraqdakı mövcudluğuna son qoyun!

İraq parlamentindəki “Əs-Sadiqun” fraksiyasının rəhbəri deyib:

“İraqın suverenliyi ayrılmazdır və bunun tələbi İraqdakı ABŞ, sionist və Türkiyə bazalarına son qoyulmasıdır.”

İraq parlamentindəki Əs-Sadiqun fraksiyasının rəhbəri Ədnan Feyhan Əd-Duləymi bazar günü tvitter hesabında yazıb ki, İraqdakı ABŞ, Türkiyə və İsrail hərbi və kəşfiyyat bazalarına son qoyulması əsl milli tələbdir.

O, əlavə edib: “İraq hökuməti, parlament və bütün siyasi qurum və təşkilatlardan tələbimiz İraqın suverenliyinə zəmanət verən milli və vahid mövqe tutmaq və ölkəni regional və beynəlxalq münaqişələrdən uzaq saxlamaqdır. İraq ərazisi başqa ölkələrin düşmənçilik və hesablaşma məkanına çevrilməməlidir.”

Ədnan Feyhanın sözlərinə görə, İraqda işğala və işğalçıların varlığına son qoyulmayınca bu, baş verməyəcək.

İraqın təhlükəsizlik üzrə eksperti də Əl-Məluməyə deyib: ABŞ-ın Əl-Ənbar əyaləti və İraq Kürdüstanı bölgəsindəki mövcudluğu ölkənin təhlükəsizliyi üçün ciddi təhdiddir və terrorun qayıdışı ilə bağlı xəbərdarlıqdır.

“Amerikalıların İraqda İŞİD-i dəstəkləmək planı var və çox güman ki, İraqın qərbindən Neynəvaya qədər təhlükəsizlik bölmələrinə terror hücumları olacaq.” – deyə, İraq təhlükəsizlik eksperti Əli Əl-Vaili ABŞ-ın İraqdakı fəaliyyətləri barədə xəbərdarlıq edib.

Əl-Vaili əlavə edib: “ABŞ İraqı heç vaxt tərk etməyib və onun bəzi bazaları xüsusilə Ənbarda və Suriyanın Əl-Tənif sərhədlərindən kənarda aktivdir. Amerikalılar da Kürdüstan bölgəsində cəmləşiblər və İraq Kürdüstanı onlar üçün əsas hərbi fəaliyyət bazasına çevrilib.

İraqın təhlükəsizlik üzrə eksperti qeyd edib: “Vaşinqton sionist rejimə xidmət etmək üçün Həşdi Şəbi və müqavimət qruplarını hədəf alaraq, İraq daxilində terror əməliyyatlarını davam etdirmək və qeyri-sabitliyini təmin etmək üçün çalışır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

twelve − 11 =