Asaibu Əhlil-Həqq: Kürdüstan bölgəsində Mossadın olmasına dair çoxlu sübutumuz var

Asaibu Əhlil-Həqq: Kürdüstan bölgəsində Mossadın olmasına dair çoxlu sübutumuz var

İraqdakı Asaibu Əhlil-Həqq müqavimət hərəkatının siyasi bürosunun üzvü Səd Əs-Sədi bu gün (bazar ertəsi) İraq Kürdüstanı bölgəsində bəzi rəsmilərin Mossad-ın olmaması ilə bağlı verdiyi açıqlamalardan təəccübləndiyini bildirib. O deyib: “Dəlillər və faktlar bu iddiaların əksini sübut edir.”

Əs-Sədi mətbuat konfransında vurğulayıb: “İraq Kürdüstan Bölgəsinin bəzi rəsmilərinin bu bölgədə Mossad casus bazası olmadığını iddia edən açıqlaması qəribədir, çünki fakt və dəlillər bunun əksini göstərir.”

İraq Kürdüstanı bölgəsində Mossad-ın casus bazaları və ünsürlərinin olması hamıya məlum və aşkardır və bölgə rəsmilərinin Şimali İraqda Mossad-ın varlığını inkar edən açıqlamaları yersizdir.

Əs-Sədinin sözlərinə görə, kürd regional hakimiyyət orqanlarının iddiasının əksini sübut edən dəlillərlə yanaşı maddi şahidlər də var. Buna misal olaraq bir neçə ay əvvəl İraq Kürdüstanı Regional Təhlükəsizlik Xidmətinin dəstəyi ilə Ərbildə keçirilən Münasibətlərin Normallaşdırılması Konfransını göstərmək olar.

Digər misal, İsrailin pilotsuz təyyarələrinin Kürdüstan bölgəsinin daxilindən Kirmanşahdakı İran hərbi obyektlərini bombaladığını sübut edən İran versiyasıdır.

Əsaibu Əhlil-Həqqin siyasi bürosunun üzvü əlavə edib: “İraqın idarəçiliyinə hər hansı müdaxilənin qarşısını almaq istəyiriksə, İraqın təhlükəsizliyini və suverenliyini qorumaq üçün Amerika, İsrail və Türkiyə işğalçılarının İraqdakı mövcudluğuna son qoymalıyıq.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

eleven + twelve =