Şimali İraqda Mossad-ın mövcudluğuna heç bir şübhə yoxdur
İordaniyadakı Qüds İslam Araşdırmaları Mərkəzinin rəhbəri deyib ki, Mossadın İraq Kürdüstanı bölgəsində olması ilə bağlı mübahisəsiz konsensus var.
İordaniyadakı Qüds Siyasi Araşdırmalar Mərkəzinin rəhbəri Ərib Ər-Rentavi də İraqın şimalında Mossad bazalarının olduğunu təsdiqləyib.
Ər-Rentavi deyib: “İraq Kürdüstanı bölgəsində İsrailin mövcudluğu ilə bağlı konsensus var və bu məsələ ilə bağlı heç bir şəbhə yoxdur.”
O, əlavə edib: “İraq Kürdüstanı bölgəsinə səfərimiz zamanı orada İsrail bayrağı olan avtomobilləri gördük. Yaxınlaşması qadağan olunmuş İsrail və Amerika bazalarını da müşahidə etdik.”
Ər-Rentavi çıxışının başqa bir hissəsində vurğulayıb: “İsrail də hazırda Hizbullahdan çox qorxur, çünki o, İsrailin dərinliklərini hədəfə ala bilir.”
Bazar günü səhər İraq media mənbələri İraq Kürdüstanı bölgəsindəki Ərbil şəhərində dəhşətli partlayış səslərinin eşidilməsi ilə bağlı xəbər veriblər. “Saberin News” xəbər kanalı təhlükəsizlik mənbəsinə istinadən bildirib ki, Mossada məxsus iki qabaqcıl təlim mərkəzi İraqın şimalındakı Ərbildə ballistik raketlərlə hücuma məruz qalıb.”
İraq Kürdüstanı Terrorla Mübarizə İdarəsi də bu səhər Ərbil şəhərinin İraq sərhədi xaricindən, xüsusilə də şərq sərhədindən atılan 12 ballistik raketlə hədəf alındığını və bu raketlərin bir hissəsinin Kürdüstan 24 Peyk Şəbəkəsinin binasını vurduğunu açıqlayıb. Heç bir tələfatın olmadığı bildirilib.
Kürdüstan Bölgəsinin Daxili İşlər Nazirliyi də ABŞ-ın Ərbildəki konsulluğunun yeni binasını hədəf alan 12 raketin sərhəd xaricindən və İraqın şərqindən atıldığını açıqlayıb. Raketlər Kürdüstan 24 kanalının binasını və yaxınlığındakı mülki əraziləri vurub.
Bazar günü günorta İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) bir bəyanat yayaraq, sionistlərin sui-qəsd və mənfur planlarının həyata keçirildiyi strateji mərkəzi nöqtə vurşu raketlərlə hədəfə alınmasına işarə edib: “Edilən pisliklərin təkrarı sərt, qəti və dağıdıcı cavablarla qarşılanacaq.”