Somalidə “Aş-Şabab” təşkilatının onlarla terrorçusu məhv edilib

Somalidə “Aş-Şabab” terror təşkilatına qarşı keçirilən əməliyyat nəticəsində 25 yaraqlı öldürülüb.
“Report”un məlumatına görə, bu barədə yerli mətbuat xəbər verib.
Qeyd edilir ki, “Aş-Şabab” terrorçularına qarşı əməliyyatlar Aşağı Şabel bölgəsində keçirilib.
Əməliyyat nəticəsində 25 yaraqlı öldürülüb, daha 35 terrorçu yaralanıb.
Yerli mətbuat həmçinin terrorçuların liderlərindən birinin məhv edilməsi barədə məlumat yayıb.
“Aş-Şabab terror təşkilatı tez-tez Somalidə təhlükəsizlik qüvvələrinə və yaşayış məntəqələrinə hücumlar edir.
Report.az