Nəsrullah: Müqaviməti dəstəkləmək üçün hökumət və parlamentdə mövcudluğumuz vacibdir

Nəsrullah: Müqaviməti dəstəkləmək üçün hökumət və parlamentdə mövcudluğumuz  vacibdir

Livan Hizbullahının Baş katibi qarşıdakı seçki kampaniyasına toxunaraq deyib: “Təcrübə göstərir ki, hərəkat müqaviməti dəstəkləmək üçün hökumət və parlamentdə olmalıdır.”

Hizbullahın Baş katibi Seyid Həsən Nəsrullah Livan İslami Müqavimət Hərəkatının bəzi üzvləri ilə daxili iclasda ölkədə keçiriləcək seçkilər və Hizbullahın 1992-ci il seçkiləri zamanı siyasi mövcudluğunun səbəbləri və 2005-ci il hökumətində iştirakı barədə danışıb.

 “Əl-Nəşra” xəbər saytının məlumatına görə, Seyid Həsən Nəsrullah deyib:

 “Növbəti seçkilərdə mübarizəmiz bizim müttəfiqlərimizin mübarizəsidir… və biz öz namizədlərimiz üçün çalışdığımız kimi, müttəfiqlərimizin namizədləri üçün də çalışacağıq.”

O, daha sonra Livanda Hizbullahın 1992-ci ildə parlament seçkilərində, daha sonra isə 2005-ci ildə hökumətə namizəd olmasının səbəblərini açıqlayıb və bütün bu tədbirlərin müqaviməti dəstəkləmək üçün olduğunu bildirib.

Seyid Həsən Nəsrullah 2006-cı ildə sionist rejim ilə Livan arasında iyul müharibəsi kimi tanınan 33 günlük müharibəyə toxunaraq vurğulayıb:

Təcrübə bizə göstərdi ki, biz heç bir hakimiyyətdə olmaya bilmərik. Hökumətdə mövcud olan siyasi inciklik və nifrət ucbatından 2006-cı ildə sionist rejimlə müharibənin kölgəsində “7 May” aksiyasına oxşar aksiyaya məruz qaldıq.

Buna görə də hökumətdə və parlamentdə mövcudluğumuz müqaviməti dəstəkləmək üçün vacibdir. Bu, hökumətin və onun rəhbərinin bizə qarşı olduğu bir hakimiyyətdə olsa da belə, hətta korrupsionerləri müşayiət etməkdə ittiham olunsaq belə zəruridir.”

Livan Hizbullahının Baş katibi iki saat davam edən görüşdə deyib: “Məqsədimiz qalib gəlməkdir və biz qalib olmalıyıq. Düşmənimiz plan təqdim etməyib, o, yalnız müqavimət silahları, İranın işğalı və Hizbullahın hökumət üzərində hökmranlığından bəhs edir.”

O, daha sonra qarşıdan gələn seçkilərin ən mühüm və təhlükəli siyasi mübarizələrdən biri olduğunu, nəticəsinin digər döyüşlərin taleyini həll edəcəyini, bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

3 × four =