Mossadın Ərbildəki qərargahı iranlı nüvə alimlərinə qarşı sui-qəsd dəstələri cəlb etmək mərkəzi olub

Mossadın Ərbildəki qərargahı iranlı nüvə alimlərinə qarşı sui-qəsd dəstələri cəlb etmək mərkəzi olub

İraqın Diyala əyalətindəki Müsəlman Alimlər Birliyinin rəhbəri Ərbildəki Mossad qərargahının Həşdi Şəbi komandirləri və iranlı nüvə alimlərini hədəf alan terrorçu ünsürlərin toplandığı yer olduğunu deyib.

İraqın Diyala vilayəti üzrə Müsəlman Alimlər Birliyinin rəhbəri Cabbar Əl-Məmuri Mossadın Ərbildəki qərargahı ilə bağlı mühüm və təhlükəli faktların hər gün üzə çıxdığını vurğulayıb.

Əl-Məmuri Əl-Malumə xəbər saytına açıqlayıb: “Qərargah İraq Xalq Səfərbərlik Təşkilatının komandirləri və İran İslam Respublikasının nüvə alimlərinə qarşı sui-qəsd dəstələri cəlb etmək üçün istifadə olunub.”

O, vurğulayıb ki, Mossad qərargahının Ərbil və İraqın digər bölgələrində olması bütün İraq xalqını narahat edən məsələdir, çünki bu qərargahlar İraqı dəhşətli burulğanlara salacaq. Onun varlığının bu ölkədə xaos yaratmaqdan başqa, hansısa bir məqsədi yoxdur.

İraqlı rəsmi Ərbildəki Mossad qərargahı ilə bağlı ictimai rəyin işıqlandırılması və bu barədə dərhal araşdırmağa başlanmasının lazım olduğunu qeyd edərək deyib: “İraq konstitusiyası sionistlərin İraq torpaqlarında mövcudluğuna qarşıdır.

Bizdə Mossad-ın məxfi qərargahının təkcə Ərbildə deyil, həm də daha beş əyalətdə olduğunu və onların işinin beş əsas məqsəd üzərində cəmləndiyini göstərən məlumatlar var. Bunlardan ən başlıcası etnik və məzhəblərarası qarşıdurmanı qızışdırmaq, gənclər arasında nifrət, terror, əxlaqi pozğunluq və narkotik istifadəsini geniş şəkildə yaymaqdır.

İraq xalqı Ərbil hakimiyyətinin Mossad rejimlərinin varlığını inkar etmək səylərinə inanmır, çünki onlar başa düşüblər ki, bu cür rejimlər illərdir var və İsrailə neft satışı buna ən yaxşı sübutdur.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

nineteen + 5 =