Britaniya Ukraynaya zenit-raket sistemi verir

Britaniya Ukraynaya zenit-raket sistemi verir

Böyük Britaniya yüksək sürətli “Starstreak”ləri Ukraynaya təhvil verib.

“Report” BBC-yə istinadən xəbər verir ki, bunu Böyük Britaniyanın müdafiə naziri Ben Uolles deyib.

Nazir “Starstreak” yüksək sürətli hava hücumundan müdafiə sistemlərinin Ukrayna Silahlı Qüvvələrinə təhvil verildiyini təsdiqləyib.

“Bu sistemlər Ukrayna qüvvələrinə səmalarını daha yaxşı qorumağa imkan verir və 5 km-ə qədər yüksəklikdəki hava hədəflərini vura bilir”, – Uolles qeyd edib.

Müdafiə naziri bildirib ki, Britaniya artıq Ukraynaya 3 615 tank əleyhinə silah tədarük edib və tezliklə “Javelin” tank əleyhinə raketlərin kiçik partiyasını tədarük edəcək.

Report.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

two × 4 =