Ermənilərdən XAİN ADDIM: Putinə MÜRACİƏT ETDİLƏR – VİDEO

Ermənilərdən XAİN ADDIM: Putinə MÜRACİƏT ETDİLƏR – VİDEO

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü və törətdiyi terror aktlarında fəal iştirak edən erməni terrorçular indi də Rusiya ordusunun sıralarında Donbasda Ukraynaya qarşı döyüşmək niyyətindədirlər.

Publika.az xəbər verir ki, bu barədə Ermənistanın “Past” qəzeti məlumat yayıb. Rusiyameyilli və irqçi baxışları ilə fərqlənən “Erməni qartalları” terror qruplaşması bunun üçün Rusiya Prezidenti Vladimir Putinə müraciət də ünvanlayıb. 

Sözügedən qruplaşma 2020-ci ildə 44 günlük Vətən müharibəsində iştirak edib. Terror qruplaşmasından bildirilib ki, onlar Donbasa yola düşməyə hazırdırlar.  Nəşrin məlumatına görə, dəstə başçısı polkovnik Xaçik Asryan müvafiq məktubu Moskvanın Ermənistandakı səfiri Sergey Kopırkinə təqdim edib. Qeyd edək ki, bir müddət əvvəl təşkilatın rəsmi səhifəsində dəstənin “44 günlük müharibədə Azərbaycana hərbi, iqtisadi və mənəvi dəstək olan” Ukraynaya qarşı döyüşə hazır olduğuna dair məlumat yayılmışdı.

Publika.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

10 − 8 =