Rusiya və Belarus diplomatlarına Avropa Parlamentinə giriş QADAĞAN EDİLDİ

Rusiya və Belarus diplomatlarına Avropa Parlamentinə giriş QADAĞAN EDİLDİ

Publika.az xəbər verir ki, bu  barədə parlamentin spikeri Roberta Metzola məlumat verib.

“Bu gündən etibarən Rusiya və Belarusun diplomatik və hökumət nümayəndələrinə Avropa Parlamentinin binasına giriş qadağan edilib”, – deyə o bildirib.

Metsola vurğulayıb ki, Demokratiya Evində “demokratik sistemi məhv etməyə çalışanlara yer yoxdur”.

Qeyd edək ki, martın 16-da Avropa Şurasının Nazirlər Komitəsi  Rusiya Federasiyasının AŞ-dən çıxarılması barədə qərar qəbul edib.

2014-cü ilin aprelində AŞPA Rusiya nümayəndə heyətini səsvermə hüququndan məhrum edib və Krımın ilhaqı ilə əlaqədar onun nümayəndələrini Assambleyanın bütün rəhbər orqanlarından kənarlaşdırıb.

Bununla bağlı Rusiya 2017-ci ilin iyun ayından Avropa Şurasına ianə ödəmir. AŞPA-nın bir çox üzvləri və siyasətçiləri Rusiyanın bu cür hərəkətlərini şantaj adlandırıblar.

2019-cu ilin iyununda AŞPA rusların Assambleyadakı fəaliyyətinə qayıtmasına imkan verən qərarlar qəbul edib. Ukrayna dəfələrlə Rusiya Federasiyasının Avropa Şurası və AŞPA-dakı üzvlüyünə xitam verilməsini tələb edib.

Publika.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

seventeen − 15 =