Qaçqın düşərgəsinə basqın – 14 nəfər öldürüldü
Publika.az Əl-Cəzirə telekanalına istinadən xəbər verir ki, öldürülənlər arasında biri iki yaşlı körpə olmaqla, 7 uşaq və 5 qadın var.
İturinin Djuqu bölgəsinin icma lideri Jean D’Zba Banju açıqlamasında cinayətkarların ərazidə bir sıra etnik qırğınlarda günahlandırılan “CODECO” silahlı qruplaşmasına aid olduğunu söyləyib. O deyib ki, maçete ilə silahlanan “CODECO” üzvləri köçkün düşərgəsinə girərək insanları qətlə yetiriblər.
Ölənlərin Ngotşi kəndindən qaçan köçkünlər olduğu bildirilib.
Publika.az