Ukraynada 115 uşaq öldürülüb
Publika.az xəbər verir ki, bu barədə Ukrayna Baş Prokurorluğu məlumat yayıb.
Baş Prokurorluqdan bildirilib ki, Rusiyanın bombardmanları və top atəşləri nəticəsində indiyədək 530 təhsil müəssisəsi zərər görüb, onlardan 72-i tamamilə dağıdılıb.
Donetsk, Xarkov, Nikolayev, Sumı, Kiyev, Xerson, Çerniqov vilayətləri və Kiyev şəhərinin təhsil müəssisələri ən çox dağıntıya məruz qalanlar arasındadır. Kimsəsiz uşaqlar üçün isə 40 müəssisə zərər görüb.
Publika.az