Tunisdə miqrantları daşıyan qayığın batması nəticəsində 20 nəfər ölüb
Tunis sahillərində qeyri-qanuni miqrantların olduğu qayığın qəzaya uğraması nəticəsində ölənlərin sayı 20-yə çatıb.
Trend-in məlumatına görə, bu barədə “Sinhua” agentliyi xəbər yayıb.
“Bu gün təhlükəsizlik xidmətinin əməkdaşları Nabul sahillərində daha 8 meyit aşkarlayıblar. Nəticədə ölənlərin ümumi sayı 20 nəfərə çatıb”, – deyə məlumatda bildirilir.
Qeyd edək ki, qeyri-qanuni miqrantların olduğu qayıq martın 18-i qəzaya uğrayıb. Qayığda olan qeyri-qanunlar miqrantlar Suriya vətəndaşları olub.
Hazırda insanların axtarışları davam etdirilir.
Trend.az