Putinə qurulan BÖYÜK TƏLƏ: ya istefa, ya da…

Putinə qurulan BÖYÜK TƏLƏ: ya istefa, ya da…

Publika.az xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi məlumat yayıb.

“Rusiyanın biznes və siyasi elitası arasında Vladimir Putinə müxalif olan bir qrup nüfuzlu fiqur formalaşır. Onların məqsədi Putini tez bir zamanda hakimiyyətdən uzaqlaşdırmaq və Qərblə iqtisadi əlaqələri bərpa etməkdir” – kəşfiyyatdan bildirilib.

Məlumata görə, Rusiya Federasiyasının siyasi elitasının müəyyən hissəsi Federal Xidmətin direktoru Aleksandr Bortnikovu Putinin varisi hesab edir. Ancaq o, son vaxtlar Rusiya liderinin gözündən düşüb. FTX rəhbərinin rüsvay olmasının rəsmi səbəbi Ukraynaya qarşı müharibədə riskli səhv hesablamalardır. 

“Məlumdur ki, Bortnikov və Rusiya elitasının bəzi digər nüfuzlu üzvləri Putini hakimiyyətdən uzaqlaşdırmaq üçün müxtəlif variantları, xüsusən də zəhərlənmə, qəfil xəstəlik və ya digər “təsadüflər”i nəzərdən keçirirlər” – Ukrayna kəşfiyyatı qeyd edib.

Kəşfiyyat məlumatlarına görə, bu proseslərin Kiyevin şimalında mövqe tutan çeçen bölmələrinin son vaxtlar “boşaldılması” ilə bağlı olması mümkündür: “Yəqin ki, FTX rəhbərliyi Kadırovun təsirini belə zəiflətməyə çalışır. Bu, həm də Rusiya Federasiyasının hazırkı rəhbərliyindən yan keçərək, əvvəlcədən Ukrayna hakimiyyəti ilə əməkdaşlıq qurmaq cəhdi ola bilər”.

Qərb kəşfiyyatına görə, Rusiya lideri beyin pozğunluğundan əziyyət çəkir.

Publika.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

four × 2 =