Yəmən Ordusu: Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyaddakı neft obyektini hədəfə aldıq

Yəmən Ordusu: Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyaddakı neft obyektini hədəfə aldıq

Yəmən Silahlı Qüvvələrinin sözçüsü bazar günü bildirib ki, ölkənin raket və dron bölməsi Səudiyyə Ərəbistanının mərkəzi, qərbi və cənub-qərbində yerləşən bir neçə mühüm obyektdə iki mərhələli böyük əməliyyata başlayıb.

Yəmən Silahlı Qüvvələrinin sözçüsü briqada generalı Yəhya Səri Səudiyyə Ərəbistanının dərinliklərində Yəmən qüvvələrinin cavab əməliyyatının təfərrüatlarını açıqlayıb.

O, bundan əvvəl keçirdiyi mətbuat konfransında bildirib ki, Yəmən silahlı qüvvələri Səudiyyə-Əmirlik koalisiyasının Yəmən xalqına qarşı davam edən hücumları və amansız mühasirəsinə cavab olaraq “Yəmənin mühasirəsini yarmaq üçün 2-ci əməliyyat” adlı genişmiqyaslı hərbi əməliyyata başlayıb.

Açıqlamaya görə, əməliyyatın birinci mərhələsində Səudiyyə düşməninin Ər-Riyad və Yanbu bölgəsi (Səudiyyə Ərəbistanının qərbi) və bəzi digər bölgələrdəki bir sıra mühüm və həyati əhəmiyyətli obyektlərini qanadlı raketlər, ballistik raketlər və PUA-larla hədəfə alıb.

O vurğulayıb ki, Yəmən Silahlı Qüvvələri Yəmənin zalımcasına mühasirəsini yarmaq üçün unikal genişmiqyaslı hərbi əməliyyat keçirməyə qadirdir və bu əməliyyatda cinayətkar düşmənin ağlına gəlməyən hədəflər yer alacaq.

Yəhya Səri bildirib ki, bu qüvvələrin Səudiyyə Ərəbistanında tam koordinatları olan hədəflər bankı var və onların hər birinin əməliyyat və hücumlarla hədəfə alınması ehtimalı var.

Briqada generalı həmçinin Yəmənin mühasirəsinin davam etdirilməsinin nəticələri barədə

təcavüzkarlara xəbərdarlıq edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

14 − five =