İşğal olunmuş ərazilərdə fələstinlilərin kütləvi həbsi

İşğal olunmuş ərazilərdə fələstinlilərin kütləvi həbsi

Sionist hərbçilər arasında HƏMAS İslami Müqavimət Hərəkatının bəzi liderləri və əl-Bireh şəhərində bələdiyyə seçkilərinə namizədlərdən biri daxil olmaqla, bir sıra fələstinli şəxsiyyətləri,  həmçinin, fələstinli yazıçı və tədqiqatçı İmad Abu Əvadı da həbs ediblər.

Əl-Bireh şəhəri yerli seçkilərə beş gün qalmış fələstinlilərin kütləvi həbslərinin şahidi olub. Sionist qüvvələr bələdiyyə seçkilərində namizədliyi irəli sürülmüş şəxslərdən birini, həmçinin Qüds Araşdırmaları İnstitutunun rəhbəri İmad Əbu Əvadı həbs ediblər.

İordan çayının qərb sahilində HƏMAS-ın iki lideri və bəzi tələbələr və ictimai fəallar həbs edilib.

Həbslər seçkidən bir neçə gün əvvəl şəhərlərdə həyata keçirilib və bəziləri bunu “İsrailin Fələstində sabitliyi pozmaq üçün atdığı yeni addım” kimi qiymətləndirib.

Əl-Bireh İordan çayının qərb sahilinin Bələdiyyə seçkilərinə hazırlaşan üç ən böyük şəhərindən biridir. HƏMAS hərəkatının seçkilərdə rəsmi iştirak etməməsinə baxmayaraq, işğalçı rejim bəzi namizədləri HƏMAS-a yaxın olmaqda ittiham edib.

Bu, yerli seçkilərin siyasətdən tamamilə uzaq olduğu bir vaxtda baş verib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

2 × 2 =