Təhriruş-Şam terrorçu qruplaşması orqan qaçaqmalçılığı ilə məşğuldur
Xəbər mənbələri bildiriblər ki, “Heyatu Təhririş-Şam” (keçmiş “Cəbhət ən-Nusra” – “Əl-Qaidə”nin Suriyadakı qolu) terror qruplaşması şəxslərə narkoz verdikdən sonra onların orqanlarını oğurlayaraq Suriya xaricində satmağa çalışırlar.
Suriyanın İdlib əyalətindəki yerli mənbələr bu gün (bazar ertəsi) Əl-Məyadin-ə bildiriblər ki, müalicə olunmaq üçün Təhriruş-Şam xəstəxanalarına aparılan bir sıra məhbus mülki şəxslər və xarici silahlılara xəstəxana işçiləri tərəfindən narkoz verilib və onlardan birinin böyrəyi oğurlanıb.
Mənbələr onu da əlavə ediblər ki, digər şəxslərlə də onların azadlığa buraxılması müqabilində böyrəklərindən birinin onlara verilməsi ilə bağlı danışıqlar aparılır.
Məlumata görə, böyrəkləri oğurlanan şəxslərin əksəriyyəti bir neçə il əvvəl İdlibin qərbində gedən müharibələr zamanı həbs edilən əcnəbi məhbuslar və keçmiş İŞİD üzvləridir.
Mənbələr həmçinin Təhriruş-Şam qüvvələri tərəfindən narkoz verilən iki nəfərin böyrəyinin çıxarılması əməliyyat zamanı həyatını itirdiyini və İdlibdəki Əl-Həlfa qəbiristanlığında dəfn edildiyini bildirib.
Əl-Məyadin mənbələrə istinadən əlavə edib ki, Təhriruş-Şam xəstəxanasının bir həkimi oğurlanmış insan orqanlarının saxlanıldığı məxfi mərkəzlərdən birinin müəyyən edildiyi barədə məlumat verib. Həmin mərkəz İdlibin əl-Səvra məhəlləsində kənd təsərrüfatı mühəndislərin binasıdır.
Bu mənbələrin bildirdiyinə görə, bina xüsusi nəzarət altındadır və ətrafına müşahidə kameraları quraşdırılıb. Həmin mənbələr insan haqları təşkilatları və institutlarının bu problemin həlli istiqamətində fəaliyyətsizliyini tənqid edib.
2020-ci ilin iyul ayında Suriya ordusu Suriyanın cənubundakı İdlib əyalətinin Mərəhun-Neman bölgəsindəki Əl-Qadfa kəndini ələ keçirərkən terrorcu qruplaşmanın qərargahında xloform məhlulunda saxlanılan çoxlu sayda insan orqanı aşkar etmişdi.