Xətibzadə: Fələstin İslam dünyasının əsas prioriteti olub və olacaq

Xətibzadə: Fələstin İslam dünyasının əsas prioriteti olub və olacaq

İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Xarici İşlər nazirlərinin Pakistanda keçirilən 48-ci iclasında iştirak edən İran XİN sözçüsü Fələstin məsələsini İslam dünyasının prioriteti kimi vurğulayıb.

İran XİN sözçüsü Səid Xətibzadə Pakistanın ev sahibliyi etdiyi İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin xarici işlər nazirlərinin toplantısında iştirak edib.

O, çərşənbə axşamı Tvitter hesabında yazıb: “İƏT Xarici İşlər Nazirlərinin Pakistanda keçirilən 48-ci iclasında İran İslam Respublikası adından iştirak etməkdən şadam.”

İran Xarici İşlər Nazirliyinin sözçüsü vurğulayıb: Fələstin İslam dünyasının əsas prioriteti olub və olacaq və heç kim bu ideal üzərində İsrailin aparteid rejimi ilə barışa bilməz. Yəməndən Əfqanıstana qədər İslam dünyasının birliyi böhranların həlli üçün açardır.”

Xətibzadə dünən axşam iraqlı həmkarı ilə telefon danışığında İslam Əməkdaşlıq Təşkilatının iclasına toxunaraq, İƏT-i İslam ölkələrinin həmrəyliyini və empatiyasını gücləndirməyə kömək edən məsələlərə diqqət yetirməyə çağırıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

seventeen − seven =