Rusiya ordusu bu istiqamətdə… – KƏŞFİYYAT AÇIQLADI

Rusiya ordusu bu istiqamətdə… – KƏŞFİYYAT AÇIQLADI

Publika.az xəbər verir ki, bu barədə Böyük Britaniya Müdafiə Nazirliyinin Ukraynadakı vəziyyətlə bağlı yaydığı kəşfiyyat məlumatlarında bildirilib. 

“Ukraynanın şimalında döyüş vəziyyəti əsasən dəyişməz olaraq qalır. Rusiya Silahlı Qüvvələri genişmiqyaslı hücum əməliyyatlarını bərpa etməzdən əvvəl, çox güman ki, bir müddət ordunun yenidən təşkil olunmasını həyata keçirəcək. Rusiya ordusu şimalda Xarkov və cənubda Mariupoldan irəliləyərək Ukrayna Silahlı Qüvvələrini ölkənin şərqində mühasirəyə almağa çalışır” – məlumatda deyilir. 

Qeyd olunub ki, rus qoşunları hələ də Nikolayevdə müdafiəni dəf edərək qərbə – Odessaya doğru irəliləməyə çalışır.

Publika.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

20 + 11 =