Suriyanın Xarici İşlər naziri: İran qonşularına qarşı xeyirxahdır
Suriyanın Xarici İşlər naziri Əmir Abdullahiyan ilə görüşündə İran İslam Respublikasının qonşularına qarşı xeyirxah olduğunu bildirib və əlavə edib: Biz İran və Səudiyyə Ərəbistanı arasında görüş və təmaslardan məmnunuq və ümid edirik ki, regional və beynəlxalq şərtlər bu münasibətlərin yaxşılaşdırılmasına yardımçı olacaq.”
İran İslam Respublikası və Suriya XİN rəhbərləri arasında keçirilən danışıqlarda iki ölkə arasında əlaqələr və əməkdaşlıqların genişləndirilməsi yolları, regional hadisələr və beynəlxalq vəziyyət müzakirə edilib.
Suriyanın yüksək səviyyəli rəsmiləri ilə məsləhətləşmələr aparmaq üçün Dəməşqə səfər edən İran Xarici İşlər nazirim Hüseyn Əmir Abdullahiyan martın 23-ü Suriyanın xarici işlər naziri Feysəl əl-Miqdad ilə görüşüb.
Bu görüşdə Əmir Abdullahiyan iki ölkənin müxtəlif səviyyəli rəsmiləri arasında davamlı təmaslara toxunaraq, İran-Suriya əlaqələrini əla və strateji qiymətləndirib. Eyni zamanda, iki ölkənin Xarici İşlər Nazirliklərinin razılaşmaların əldə edilməsindəki rolunu vurğulayıb.
Ticarət-iqtisadi əməkdaşlıq sahəsində biz iki ölkənin imkanlarını aktivləşdirməliyik ki, iki ölkə arasında iqtisadi əlaqələr və ticarət əlaqələrinin həcmi lazımi mövqeyə çatsın. Bu baxımdan, əvvəlki razılaşmaların həyata keçirilməsi ilə yanaşı, yeni əməkdaşlıq sahələri də gündəmdə olmalıdır.
Əmir Abdullahiyan BMT baş katibinin Suriya üzrə xüsusi nümayəndəsi ilə apardığı danışıqlara toxunaraq deyib:
Suriya məsələlərin birtərəfli diqqət yetirmək, xüsusən də qaçqınların vəziyyəti ilə məşğul olmaq, əsir və yaralıların mübadiləsi kimi humanitar aspekti olan məsələləri nəzərdən qaçırmaqla beynəlxalq aləm Suriyanın etibarını qazana bilməz.
Suriya Xarici İşlər naziri həmçinin regional böhranlar qarşısında iki ölkənin yaxın mövqelərindən məmnunluğunu ifadə edərək deyib: Müqavimət cəbhəsində biz həmişə eyni mövqelərə malikik.
O, Suriya məsələsinin həllində Astana prosesinin nəticələrini və xüsusən də İran İslam Respublikasının bunda iştirakını yüksək qiymətləndirib.