Ər-Riyad Səudiyyə Ərəbistanına 9 intiharçı PUA-nın göndərildiyini bildirib

Yəmən hakimiyyətinin yaxın günlərdə Səudiyyə Ərəbistanına qarşı hücumların gücləndirilməsi ilə bağlı media hesabatından sonra, təcavüzkar Səudiyyə koalisiyası Yəmənin ölkəyə 9 intiharçı PUA göndərdiyini açıqlayıb.
Səudiyyənin rəhbərlik etdiyi koalisiya cümə günü bildirib ki, 9 intiharçı PUA Yəməndən Ərəbistana göndərilib.
Səudiyyənin Əkaz qəzetinə görə Ərəb Koalisiyasının sözçüsü Türki Əl-Maliki əvvəlcə Səudiyyənin cənub bölgəsinə 6 intiharçı PUA-nın göndərildiyini bildirib. O, daha sonra 3 PUA-nın da neft təsisatlarına göndərildiyini və cəmi 9 PUA-nın hücum etdiyini açıqlayıb.
Əl-Maliki Yəmən ordusunu mülki şəxslərə hücum etməkdə ittiham etməyə davam edərək, Səudiyyə qüvvələrinin hər 9 PUA-nı zərərsizləşdirdiyini bildirib. Yəmən qüvvələri bu məsələnin təsdiqi və inkarı ilə bağlı hələlik heç bir azçıqlama verməyib.
Sana qüvvələri Səudiyyə koalisiyanın təcavüzü və Yəmən mühasirəsi davam etdiyi müddətdə koalisiya ölkələrinin həssas və strateji obyektlərini hədəf alacağı barədə xəbərdarlıq edib.
Livan qəzeti dünən adlarını açıqlamadığı kəslərdən sitat gətirib:
“Gələcək hücumlarda dəyəcək ziyan daha yüksəkdir və Səudiyyə neft ixracının vacib obyektlərinə ediləcək hücumun bərpa edilməsi, günlərə və ya aylara davam edəcək.”
Məlumatlı mənbələrin Əl-Əxbara verdiyi məlumata görə, Sana qüvvələri gələcək əməliyyatlarında Səudiyyə Ərəbistanının ixracat obyektlərini hədəf alacağını bildirib.
Yəmən mühasirəsini yarmaq üçün yeni əməliyyatın aparıldığına dair Yəmən Silahlı Qüvvələrinin sözçüsü məlumat verib. Yəhya Səri hücumun ilk mərhələsində Səudiyyənin Aramko şirkətinin Riyazdakı və Yənbədəki bir sıra həyati obyektlərinin ballistik, kruiz və PUA-larla hədəf alındığını bildirib.