İnsan qanında mikroplastiklər tapıldı

İnsan qanında mikroplastiklər tapıldı

Publika.az xarici KİV-ə istinadən xəbər verir ki, alimlər insanlar üzərində apardıqları araşdırmada tam sağlam 22 donorun qan nümunələrini təhlil ediblər və subyektlərdən 17-nin qanında plastik hissəciklər tapıblar.

Araşdırmada, qan nümunələrinin yarısında içki qablarında çox istifadə edilən PET plastik, üçdə birində qida və digər məhsulların qablaşdırılmasında istifadə edilən polistirol, dörddə birində isə plastik torbaların hazırlanmasında istifadə edilən polietilen aşkar edilib. 

Hollandiyanın Vrije Universitetinin ekotoksikoloq Prof. Dik Vethaak bildirib ki, mikroplastiklər insan bədənində hərəkət edir və orqanlara yerləşə bilir. O qeyd edib ki, dəhşətli fakt isə körpələr və uşaqların buna qarşı müdafiəsiz olmasıdır.

Publika.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

three × five =