Yəmən rəsmisi Əl-Aləm telekanalına müsahibəsində: Hər 10 dəqiqədə bir yəmənli uşaq ölür-Video

Yəmən rəsmisi Əl-Aləm telekanalına müsahibəsində: Hər 10 dəqiqədə bir yəmənli uşaq ölür-Video

Yəmən Xalq Komitəsinin rəhbəri mühasirəni yarmaqla bağlı xəbərdarlıq edib ki, 1 milyon 200 min yəmənli tibbi xidmətlərdən məhrum olduğundan, xəstəlikdən əziyyət çəkir.

Yəmənin mühasirəni yarmaqla bağlı Xalq Komitəsinin rəhbəri Abdullah Şaban Əl-Aləm telekanalına müsahibəsində 450 min xəstənin təcili olaraq müalicə üçün səyahətə ehtiyacı olduğunu, lakin Səudiyyə koalisiyasının Səna hava limanı və digər limanları onların üzünə bağlandığını və mühasirəyə aldığını bildirib.

Abdullah Şaban vurğulayıb ki, Yəmənin mühasirəsi bu ölkənin xəstəxanalarına çox mənfi təsir edib və bu, xəstəliyin şiddətlənməsinə və nəticədə xəstələrin sayının artmasına səbəb olub.

Yəmən rəsmisi Yəməndə uşaq ölümlərinin artması ilə bağlı xəbərdarlıq edərək, Yəməndə hər 10 dəqiqədə bir uşağın öldüyünü vurğulayıb.

Şaaban bildirib ki, yanacaq və neft törəmələrinin böhranı və elektrik enerjisinin kəsilməsi səbəbindən, dializ mərkəzləri artıq fəaliyyət göstərmir və bu da öz növbəsində böyrək transplantasiyası mərkəzlərinin bağlanmasına səbəb olub.

O, sözlərinə əlavə edib: “Yəmən xalqı məqsədli soyqırım altında yaşayır. Biz hesab edirdik ki, mühasirə hərbi və fərdi fəaliyyətlərin nəticəsidir. Amma indi biz tamamilə əminik ki, Yəmən cəmiyyətini məhv etmək və cəmiyyətdə geniş boşluq yaratmaq istəyənlər var.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

four × 5 =