İslami Cihad: İran Fələstin müqavimətinin yeganə həqiqi dəstəkçisidir

İslami Cihad: İran Fələstin müqavimətinin yeganə həqiqi dəstəkçisidir

Fələstin İslami Cihad Hərəkatının Baş katibi müsahibəsində deyib: İran Fələstin müqavimətinin yeganə həqiqi dəstəkçisidir.

Fələstin İslami Cihad Hərəkatının Baş katibi Ziyad Ən-Nəxalə Əl-Əhd internet saytına müsahibəsində Fələstin müqavimətinin son vəziyyəti, həmçinin, regional və qlobal dəyişikliklər haqqında danışıb.

O, əvvəlcə İordan çayının qərb sahilində və işğal altında olan Qüdsdə soyuq silahla həyata keçirilən fərdi və şəhadət əməliyyatları barədə Əl-Əhd saytına bildirib ki, bu əməliyyatlar Fələstin xalqının sionist düşmənə qarşı müqavimətinin təzahürüdür. Bu hadisələrdə fələstinli qruplar öz sıralarını daha dagücləndirməlidir.

“Fələstin xalqı anlayıb ki, bu gün döyüşməsə, sabah öldürüləcək.” – Ziyad Ən-Nəxala deyib.

Fələstin İslami Cihadının baş katibi bəzi ərəb ölkələrinin sionist rejimlə münasibətləri normalaşdırması barədə də deyib: “İnsan ağlı və dili ərəblərin sionist planı qarşısında tənəzzülü ilə bağlı gördüklərini ifadə etməkdə acizdir. Ərəb ölkələri Fələstin xalqının müharibəyə hazır olduğunu və bu yolda hər gün öldürüldüyünü və yaralandığını görür, lakin son dərəcə xəyanətlə başqa yolla gedir və düşmənlə müttəfiq olurlar.”

Ən-Nəxalə Şərmuş-Şeyx toplantısı və Naftali Binetin Misirdə Əbdülfəttah Əs-Sisi və Məhəmməd bin Zayidlə görüşünü ərəb dünyasının acizliyinin nümunəsi adlandırıb və deyib: “Ərəb dünyası utanmadan sionist düşmənə qarşı tənəzzül edərək Fələstin və Qüdsə göz yumub.”

İran Fələstin müqavimətinin yeganə dəstəkçisidir

Müsahibəsinin başqa bir hissəsində Ziyad Ən-Nəxalə İran İslam Respublikası ilə əlaqələrə toxunaraq deyib: “İran İslam Respublikası ədalətdən başqa hər şeylə dolu olan bu dünyada Fələstin xalqının yanında olan və həmişə onun himayə edən yeganə ölkədir. Fələstin xalqını himayə etdiyinə görə, İran sanksiyalara məruz qalmış və ona qarşı müxtəlif mənfur planlar irəli sürülmüşdür..”

Ən-Nəxalə vurğulayıb ki, İran düşmənin bütün fəaliyyətlərinə baxmayaraq, öz mövqeyində möhkəmdir və həmişə Fələstin xalqını dəstəkləməkdə və müqavimət göstərməkdə israrlıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

6 + fourteen =