Səudiyyə Ərəbistanı Təhlükəsizlik Şurasının iclasını tələb edib

Səudiyyə Ərəbistanı Təhlükəsizlik Şurasının iclasını tələb edib

Səudiyyə Ərəbistanı Yəmənin ölkəsinin daxilində genişmiqyaslı raket əməliyyatına cavab olaraq BMT Təhlükəsizlik Şurasının iclasını tələb edib.

Səudiyyə Ərəbistanının BMT-nin Nyu Yorkdakı ofisindəki daimi nümayəndə heyəti Yəmən təhlükəsizlik qüvvələrinin Səudiyyə Ərəbistanının mülki infrastruktur və obyektlərinə hücumları ilə bağlı Təhlükəsizlik Şurasına məktub təqdim edib.

Nümayəndə heyəti Twitter hesabında yazıb ki, məktubda Yəmənin Ciddənin şimalındakı neft məhsulları paylama stansiyasına və Cizandakı Əl-Muxtarə stansiyasına 25 mart 2022-ci il, cümə günü davam edən hücumlardan bəhs edilir.

Rusiya Today-in məlumatına görə, məktubda deyilir: “Biz BMT Təhlükəsizlik Şurasını bu terror hücumlarını qətiyyətlə pisləməyə və beynəlxalq sülh və təhlükəsizliyi təhdid edən bu əməliyyatlara qarşı qətiyyətli addımlar atmaq üçün iclas çağırmağa səsləyirik.”

Yəmən Silahlı Qüvvələrinin sözçüsü briqada generalı Yəhya Səri cümə günü axşam saatlarında Səudiyyə Ərəbistanına qarşı “mühasirəni yarmaq” üçün üçüncü əməliyyatın başladığını açıqlayıb.

 Əl-Məyadin şənbə səhəri Yəmən qüvvələrinin Səudiyyə Ərəbistanının dərinliklərində Ciddədəki Aramco neft emalı zavoduna qarşı genişmiqyaslı raket əməliyyatını təfərrüatlı şəkildə xəbər verib.

Əl-Məyadin Yəməndəki xüsusi mənbələrə istinadən bildirib: “Mühasirəni yarmaq üçün üçüncü əməliyyat Yəmən silahlı qüvvələrinin Səudiyyə Ərəbistanına qarşı həyata keçirdiyi ən intensiv əməliyyatlardan biridir.”

“Ciddədəki Aramco obyektinin tamamilə yanması və misli görünməmiş yanğının baş verməsi ilə bağlı xəbərlər var.” – deyə, mənbələr bildirib. Məlumatlar onu göstərir ki, yanacaq çənlərində və obyektlərdə baş verən yanğınlar bütün obyekti tamamilə məhv edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

seventeen − 3 =