Ukraynada bir gündə 91 hərbi obyekt vuruldu

Ukraynada bir gündə 91 hərbi obyekt vuruldu

Rusiya döyüş təyyarələri bir gündə Ukraynada 91 hərbi obyekti vurub.

Lent.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin sözçüsü general-mayor İqor Konaşenkov bildirib.

“Gün ərzində operativ-taktiki və ordu aviasiyası Ukraynanın 91 hərbi obyektini vurub. Onların arasında iki komanda məntəqəsi, 11 silah-sursat anbarı, iki elektron döyüş məntəqəsi, həmçinin Ukrayna Silahlı Qüvvələrinin bölmələrinin 20 dayaq məntəqəsindəki 52 hərbi texnika vurulub”, – deyə Konaşenkov bildirib.

Lent.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

twenty − 6 =