Nəsrullah: Biz müttəfiqlərimizin yanındayıq və xalqımız üçün ciddi çalışırıq

Nəsrullah: Biz müttəfiqlərimizin yanındayıq və xalqımız üçün ciddi çalışırıq

Hizbullahın Baş katibi hökumət və parlamentdəki müqavimət nümayəndələrinin xalqın problemlərinin həllində mühüm və təsirli roluna toxunaraq, seçkilərdə müttəfiqlərinin yanında olduğunu vurğulayıb.

Seyid Həsən Nəsrullah dünən Hizbullah seçki kampaniyasının rəsmiləri ilə görüşdə parlament seçkilərində üstünlüyün  müqavimət və onun müttəfiqlərində qalması üçün müqavimət müttəfiqlərinə dəstək verilməsinin vacibliyini vurğulayıb.

Əl-Əxbar-ın məlumatına görə, Seyid Həsən Nəsrullah müqavimət və müttəfiqlərinin bütün nümayəndələrinin parlamentə daxil olmasının vacibliyini vurğulayıb və bildirib ki, biz çoxluq üçün səy göstərməliyik.

Parlament seçkiləri Livanda ən mühüm siyasi mübarizədir. İstər mənəvi, istər əxlaqi, istərsə də psixoloji cəhətdən dostlarımızı seçki kampaniyasında tək qoymamalıyıq.

Hizbullahın baş katibi müqavimətin siyasi fəaliyyətlərini həyata keçirməkdə üzərinə götürdüyü öhdəliklərə toxunub. 1992-ci ildə biz Livan hökuməti proqramına daxil olmaqla bağlı xüsusi müzakirəyə girdik və bu müzakirədə 4 məqama diqqət mərkəzində idi: Parlamentə girmək, seçkilərdə iştirak etmək, bələdiyyə seçkiləri və idarələrinə daxil olmaq və Livan hökumətinə girmək. 2005-ci ildə Suriya Livanı tərk etdikdən sonra, biz də hökumətdə iştirak məsələsini müzakirə etdik.

“Hökumət və onun müəssisələri ilə tərəfdaşlığın təməli ondan ibarətdir ki, bizim xalqı rifah və təhlükəsizliklə təmin və bütün livanlılara xidmət edən hökumətimiz olsun.”

Hizbullahın baş katibi bildirib ki, müqavimətə sadiq olan fraksiya Livan parlamentində çox ciddidir, həftəlik iclaslar və xüsusi iclaslar keçirir və qanunlar parlamentdə müzakirə edilməzdən əvvəl qanunvericilik məsələlərini təhlil edir.

Livan parlamentindəki Hizbullah fraksiyası büdcə və vergi qanunlarının hazırlanmasında mühüm və xüsusi nailiyyətlər əldə edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

ten + six =