ABŞ-a bağlı silahlı qruplaşmalar Suriyanın şərqində 15 gənci oğurlayıb

ABŞ-a bağlı silahlı qruplaşmalar Suriyanın şərqində 15 gənci oğurlayıb

ABŞ-a bağlı kürd silahlıları Suriyanın şərqində 15 gənci hərbi düşərgələrə köçürmək üçün oğulayıb.

Suriya Demokratik Qüvvələrinə (SDQ) bağlı yaraqlı qruplar qərbdəki Əl-Rəqqa əyalətinin Əl-Təbqa şəhərinin bir neçə məhəlləsinə hücum edərək bir neçə gənc sakini oğurlayıb.

Bu barədə Suriyanın rəsmi xəbər agentliyi (SANA) yerli mənbələrə istinadən məlumat yayıb.

Bazar günü günorta saatlarında Qəsdə bağlı silahlı qruplar Rəqqa əyalətinin qərbindəki Əl-Təbqa şəhərinə hücum edərək, orada nəzarət-buraxılış məntəqələri qurmuş və 15 gənci oğurlamışdır.

Mənbələrin bildirdiyinə görə, oğurlanan gənclər ABŞ-ın rəhbərlik etdiyi hərbçilərin komandanlığı altında olan Suriya Demokratik Qüvvələri sıralarına qoşulmaq üçün hərbi düşərgələrə aparılıb.

Kürd milisləri illərdir ki, Rəqqa, Deyrəz-Zur və Əl-Həsakə əyalətlərində ərəb sakinlərini geniş şəkildə həbs edir və bu məsələ vaxtaşırı müxtəlif şəhər və kəndlərdə Qəsd ünsürlərinə qarşı xalq nümayişləri ilə müşayiət olunur.

Suriya hökuməti deyir ki, kürd yaraqlılar İŞİD-ə qarşı mübarizə bəhanəsi ilə müxaliflərini geniş miqyasda həbs edir.

Suriya Xarici İşlər Nazirliyi bazar günü yaydığı bəyanatda bildirib ki, son bir neçə gündə (İŞİD) və (Qəsd) qruplaşmalar Əl-Həsakə vilayətində dinc əhaliyə qarşı qırğınlar törədib və infrastrukturu tamamilə dağıdıb. ABŞ-ın işğalçı qüvvələri də bu əməliyyatlarda iştirak edir. Hücumlar qoca, qadın və uşaq olmasından asılı olmayaraq, dinc sakinləri təhlükə altına salıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

two × two =