“Taliban” Avropaya ilk dəfə mal ixrac edib

“Taliban” Avropaya ilk dəfə mal ixrac edib

Əfqanıstanda hakimiyyətdə olan “Taliban” qruplaşması Avropaya ilk dəfə mal ixrac edib.

“Report” xəbər verir ki, bu barədə Əfqanıstanın “Ariana News” telekanalı məlumat yayıb.

Herat vilayətinin Ticarət və İnvestisiya Palatasının rəhbəri Yunus Kazizadənin sözlərinə görə, Əfqanıstan, Türkmənistan, Azərbaycan, Gürcüstan və Türkiyəni birləşdirən Lapis Lazuli nəqliyyat dəhlizi ilə 30-a yaxın yük maşınından ibarət karvan regiondan yola düşüb.

Püstə, küncüt, zirə, xalça və badamdan ibarət daşınan yüklərin ümumi dəyəri beş milyon ABŞ dolları qiymətləndirilir.

Telekanalın məlumatına görə, bu mal partiyası “Taliban” ölkədə hakimiyyətə gələndən sonra Əfqanıstandan Avropaya ilk ixracdır.

Report.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

twelve − three =