Nikolayev şəhərinin administrasiya binasına raket zərbəsi endirilib – FOTO
Rusiya Ordusu Ukraynanın Nikolayev vilayət administrasiyasının binasına raket zərbəsi endirib.
BAKU.WS-in məlumatına görə, bu barədə Nikolayev vilayət administrasiyasının sədri Vitali Kim bildirib.
Hadisə zamanı Kim binada olmayıb. Zərbə nəticəsində binanın bir hissəsi dağılıb.
Dağıntılar altında 8 mülki şəxs və 3 hərbçi axtarılır.
BAKU.WS