Azərbaycan Respublikası Prezidentinin Ali Rəhbərə təbrik məktubu

Azərbaycan Respublikası Prezidentinin Ali Rəhbərə təbrik məktubu

İran İslam Respublikasının Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneiyə!

Həzrət Ayətullah Xamenei, Novruz bayramı münasibətilə şəxsən öz adınızdan və Azərbaycan xalqı adından sizi və xalqınızı ürəkdən təbrik edirəm.

Ən yüksək qlobal dəyərləri özündə daşıyan Novruz bayramı insanları xeyirxah əməllərə, qarşılıqlı anlaşmaya, dəstək və birliyə səsləyir.

Əminəm ki, qədim Novruz adət-ənənələrini bu gün də yaşadan xalqlarımızın rifahı naminə Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında dostluq, mehriban qonşuluq və əməkdaşlıq əlaqələri daha da inkişaf edəcək və möhkəmlənəcəkdir.

Bu mübarək bayramda Zati-alilərinə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost və qardaş İran xalqına bol bərəkət və firavanlıq arzulayıram.

Hörmətlə

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

eighteen + fifteen =