Rusiya-Ukrayna müharibəsində SON DURUM

Rusiya-Ukrayna müharibəsində SON DURUM

Publika.az xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin yaydığı əməliyyat məlumatında bildirilib.

Qeyd edilib ki, 4-cü bazadan Ukraynaya 3 zirehli texnika, 1 osetin və 1200 rusiyalı əsgər, 7-ci bazadan isə 2 zirehli texnika, 800-ə yaxın əsgər göndərilib: “Zaporojye və Xerson vilayələtində düşmən yerli sakinlərə qarşı qanunazidd əməllərini davam etdirir. Müvəqqəti işğal altında olan ərazilərdə ukraynayönlü sakinlər, Ukraynanın dövlət məmurları qarət olunur, saxlanılır. Aprelin 1-dən işğal altında olan Luqansk vilayətində növbəti hərbi səfərbərlik başlayacaq”.

Məlumatda deyilir ki, Rusiya Silahlı Qüvvələrində şəxsi heyətin toplanması ilə bağlı problem qalmaqdadır: “Rusiyanın 47-ci tank diviziyasının, 26-cı tank alayının hərbçiləri Ukrayna ilə müharibədə iştirak etdikdən sonra müqaviləyə xitam verərək, sonrakı xidməti daimi yerləşdikləri hərbi hissəyə göndərilmələri tələbi ilə ərizələr verməyə başlayıblar. Ukrayna Silahlı Qüvvələri Rusiyanın 7 tankını, 7 zirehli texnikasını, 2 avtomobilini və tankəleyhinə silahını məhv edib. Rəqib çoxlu sayda canlı qüvvə itirib”.

Publika.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

four + four =