Ənsarullah: Nefti dünya bazarına çıxarmaq Səudiyyə Ərəbistanının yox, Yəmənin əlindədir
Məhəmməd Əl-Bəxiti Yəmənin Aramkodakı son hərbi əməliyyatına toxunaraq bildirib ki, qlobal neft bazarı artıq Səudiyyə Ərəbistanı və BƏƏ-nin deyil, Yəmənin əlindədir.
Ənsarullah hərəkatının siyasi şurasının üzvü Məhəmməd Əl-Bəxiti dünən axşam Əl-Məyadinə müsahibəsində Tel-Əvivdə baş verən şəhidlik əməliyyatını işğalçılara bir mesaj kimi qiymətləndirib. O, sionist rejimin yalançı təhlükəsizlik axtarışlarda olduğunu deyib. Sionist rejimin ABŞ-ın maraqlarına xidmət edən yeganə effektiv qurum olduğunu bildirib.
Fələstin əməliyyatı təkcə Fələstində deyil, regionda da balansı dəyişəcək.
Əl-Bəxiti Yəmən müharibəsini müzakirə edərək, mühasirənin davam etdirilməsinin təcavüzkar ölkələrə qarşı hücumların davam etdirilməsi demək olacağını vurğulayıb.
Yəmən rəsmisi daha sonra deyib: Yəmənə təcavüzün qərarını ABŞ verib və onun davam etdirilməsi Səudiyyə Ərəbistanı və BƏƏ-nin mənafeyinə deyil, Amerikanın xeyrinədir.
Əl-Bəxiti Səudiyyənin təşəbbüsündəki məqsədin Prezident Əl-Məşatı uzaqlaşdırmaq olduğunu söyləyib. Əgər “Yəmən mühasirəsini yarmaq” əməliyyatı olmasaydı, Səudiyyə Ərəbistanı atəşkəs təşəbbüsü ilə çıxış etməzdi.