Tel-Əviv yaxınlığında yeni şəhadət əməliyyatında beş sionist öldürülüb-Foto

Tel-Əviv yaxınlığında yeni şəhadət əməliyyatında beş sionist öldürülüb-Foto

İsrailin tibbi mənbələri Tel-Əvivin şərqindəki Bəni Bərakda atışma nəticəsində 5 sionistin öldürüldüyünü, 6 nəfərin isə yaralandığını bildirib.

Fələstinin Şəhab xəbər agentliyinin məlumatına görə, Tel-Əviv yaxınlığındakı Bəni Bərak qəsəbəsində eyni vaxtda iki atışma baş verib.

Sionist televiziyanın 12-ci kanalı atışmalarda 4 nəfərin öldürüldüyünü bildirib.

Tel-Əvivdəki tibbi mənbələr atışma nəticəsində 5 nəfərin öldüyünü, 6 nəfərin yaralandığını bildirib.

İsrail dövlət televiziyası xəbər verir ki, bu gecəki əməliyyatın səbəbkarlarından biri şimal-qərbdə Cənin yaxınlığındakı Yəbad kəndindən olan 26 yaşlı fələstinlidir.

 “The Jerusalem Post” qəzeti Yabutinski küçəsində motosikletlə atəş açan daha bir əməliyyatçının meyitinin tapıldığını yazıb.

İsrailin Hərbi Naziri Benni Qantz təhlükəsizlik rəsmiləri ilə Bəni Bərakdakı hücumla bağlı konfrans keçirib .

İsrailin keçmiş Baş naziri Benyamin Netanyahu bu gecə anti-sionist əməliyyatına reaksiya verərək deyib: “İsrail misli görünməmiş təhlükəli hücumlar dalğası ilə üz-üzədir.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

18 − 16 =