Serbiyada kömür mədənində partlayışda 8 nəfər ölüb
Serbiyanın Aleksinaç şəhəri yaxınlığındakı Soko kömür mədənində baş vermiş partlayış nəticəsində 8 nəfər ölüb, 20 nəfər yaralanıb.
APA-nın Serbiya mediasına istinadən xəbərinə görə, bu barədə Aleksinaç səhiyyə mərkəzinin direktoru Rodoblyub Zivadinoviç bildirib.
O, xilasedicilərin 65 şaxtaçını dağıntıların altından xilas edildiyini, lakin ərazidə tam olaraq nə qədər şaxtaçının olması barəsində dəqiq məlumat olmadığını deyib.
Serbiya mediasında hadisənin səhər saat 4 radələrində baş verdiyi qeyd olunub.
Xilasetmə işlərinin davam etdirildiyi bildirilir.
Apa.az