“Haaretz” Fələstində şəhidlik əməliyyatlarının tarixi rekordu barədə xəbərdarlıq edib
Sionist qəzet müqavimət əməliyyatlarının genişlənməsi və Fələstin müqavimət hərəkatlarının xəbərdarlığından sonra Tel-Əvivin qaranlıq günlərə qayıdışı barədə xəbərdarlıq edib.
Sionist “Haaretz” qəzetinin məlumatına görə, İRamazan ayının gəlişi ərəfəsində Fələstindəki müqavimət əməliyyatlarının sayı və sionist rejimin siyasi-təhlükəsizlik vəziyyətinə dair bir xəbər dərc edilib.
Əl-Xənadiq-ın məlumatına görə, Haaretz xəbər verir ki, mart ayında işğal altındakı Fələstində şəhidlik əməliyyatlarının orta sayı rekord həddə çatıb. Belə ki, əməliyyatların statistikasına əsasən, bir ay ərzində 11 fələstinli şəhid ümumilikdə 16 şəhadət əməliyyatı keçirib və nəticədə 11 sionist qəsəbə sakini öldürülüb, 32 sionist isə yaralanıb.
Məhz, buna görə də bu əməliyyatlar 2015-ci ildəki bıçaq intifadəsindən sonra ən gərgin əməliyyatlar hesab edilir.
Bu məsələ müvəqqəti sionist rejimin və onun təhlükəsizlik xidmətlərinin bu cür əməliyyatları dayandırmaqda acizliyini bir daha sübut etdi.”
Əl-Khanadaq xəbər saytı yazır:
“Haaretz daha əvvəl bir hesabatda Fitr bayramından təxminən iki həftə əvvəl belə hadisələrin baş verdiyini xəbər vermişdi. Xüsusilə, 2015-ci illərdə bıçaq intifadəsi zamanı yeddi gündə 3 sionist qəsəbədən 11 nəfərin öldürülməsi təkcə strateji-təhlükəsizlik hadisəsi deyil, həm də siyasi hadisə idi.”