Buçadan ŞOK görüntülər – Meyitlər yerə səpələnib – VİDEO

Rusiya ordusu Ukraynanın Kiyev vilayətinin Buça şəhərini bir aydan çox müddətdən sonra tərk edib.
BAKU.WS xəbər verir ki, şəhərdə xarici jurnalistlərin çəkdiyi kadrlar bütün dünyanı şoka salıb.
“Associated Press” agentliyinin yaydığı görüntülərdə mülki geyimli şəxslərin cəsədlərinə bir çox küçələrdə rast gəlindiyi öz əksini tapıb.
Qeyd edək ki, Buça şəhərinin meri Anatoli Fedoruk AFP-yə telefonla bildirib ki, 280 nəfərdən artıq şəxs kütləvi məzarlıqlarda basdırılıb.
BAKU.WS