Rusiyadan Qərbə XƏBƏRDARLIQ: “Cavabımız dağıdıcı olacaq”

Rusiyadan Qərbə XƏBƏRDARLIQ: “Cavabımız dağıdıcı olacaq”

Publika.az xəbər verir ki, bunu Rusiya Federasiyasının Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev Teleqram kanalında yazıb.

O qeyd edib ki, ağılsız fantom ağrılardan əziyyət çəkən Baltikyanı dövlətlər səfirlərini geri çağırdılar: “Kim daha çox? Hamı cavabı bilir. Cavabımız simmetrik və həmin dövlətlərdə ikitərəfli münasibətlər üçün dağıdıcı olacaq. Kimi cəzalandırdılar? Əlbəttə, ilk növbədə öz diplomatlarını. Onlara yeni iş yeri axtarmaq gərəkdir. Rusiyada nə hiss etdilər? Heç nə. Sadəcə, ölkəmizə qarşı təzyiqlərə yönələn və heç nəyi dəyişməyəcək şizoid kampaniyanın davamı.

Amma yox. Əgər belə davam edəcəksə, hələ fevralın 26-da yazdığım kimi, deyəsən, Qərb ölkələrinin səfirliklərinin qapılarına anbar qıfılları asılacaq. Hamıya daha ucuz başa gələcək. Və onda bir-birimizə yalnız silahların nişangahlarından baxmalı olacağıq”.

Publika.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

1 × 5 =