90 dəfə peyvənd vurdurub sertifikat satdı

90 dəfə peyvənd vurdurub sertifikat satdı

Almaniyada 60 yaşlı kişi saxta peyvənd setifikatını əldə etmək üçün 90 dəfə peyvənd vurdurub.

Həmin şəxsə müxtəlif məkanlarda peyvənd vurulub, o, peyvəndi təsdiq edən sənədi alıb və satıb. Onun üzərindən istifadə etməyi planlaşdırdığı boş blanklar aşkar edilib.

Alman polisi, məhdudiyyətlərin tədricən yumşaldılmasına baxmayaraq, artıq son bir neçə ay ərzində saxta peyvənd sertifikatları ilə rastlaşır.

Həkimlər də öz növbəsində belə qısa müddət ərzində 90 iynənin şübhəlinin orqanizminə hansısa şəkildə təsir edib-etməməsi ilə bağlı fikir bildirməyiblər.

Almaniyada xüsusən barlara, restoranlara və teatrlara baş çəkmək üçün peyvənd sertifikatları lazımdır.

Mənbə: Evening Standard

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

16 − nine =