Yəmənin istefa vermiş dövlət başçısı ifadə tonunun dəyişib: “Mənsur Hadi” Ənsarullahı “qardaş” adlandırıb

Yəmənin istefa vermiş dövlət başçısı ifadə tonunun dəyişib: “Mənsur Hadi” Ənsarullahı “qardaş” adlandırıb

Yəmənin istefa vermiş dövlət başçısı Yəmənin Ənsarullah hərəkatını “qardaş” adlandırıb və dialoqa çağırıb.

Səudiyyə koalisiyasının müttəfiqi olan Yəmənin devrilmiş Prezidenti Abdi Rabbih Mansur Hadi misli görünməmiş bir bəyanatda Yəmənin Ənsarullah hərəkatını ilk dəfə olaraq “qardaş” adlandırıb və onları danışıqlara dəvət edib.

Ər-Riyadda Səudiyyə Ərəbistanının onun və ətrafı üçün təşkil etdiyi ziyafətdə Hadi Yəmən Ənsarullahını ölkənin yaralarını sağaltmaq və vahid və böyük Yəmən bayrağı altında birləşmək çün bir araya toplanmağa dəvət edib.

Yəmənin istefa vermiş prezidenti sülh üçün bütün səylərin yanında olacağını və Yəməndə birliyin qurulması və güclü milli hökumətin qurulması istiqamətində bütün tövsiyələri dəstəkləyəcəyini iddia edib.

Mənsur Hadi Yəmənin Ənsarullah hərəkatını danışıqlar masası arxasına dəvət edib və onlardan milli dəyərlərə, birliyə və demokratiyaya sadiq olan Yəmən siyasi sferasının bir hissəsi olmasını istəyib.

Səudiyyə Ərəbistanı martın 30-dan etibarən Yəmənin siyasi qüvvələri arasında məsləhətləşmələr və danışıqlara ev sahibliyi edir. Görüş Fars Körfəzi Əməkdaşlıq Şurasının dəvəti və Ər-Riyadın dəstəyi ilə baş tutub.

Bu arada Yəmənin Ənsarullah hərəkatı xaricilərin iclasa müdaxiləsi və Səudiyyə koalisiyasında mövcud olan Yəmən qüvvələrinin təsir altına dşməsinə işarə edərək, bu toplantıda iştirak təklifini rədd edib. Həmçinin, iştirakçıları Səudiyyə Ərəbistanının Yəmənə qarşı təcavüz koalisiyasının müttəfiq qüvvələri kimi xarakterizə edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

18 − ten =