“BakıKart” terminalları hər yerdən götürülür – AÇIQLAMA

“BakıKart” terminalları hər yerdən götürülür – AÇIQLAMA

Ötən ilin sentyabrdan başlayaraq sərnişinlərimizin “BakıKart”ın balansını daha rahat artıra bilməsi üçün müasir texnologiyalara əsaslanan əlavə imkanlar yaradılıb.

APA TV xəbər verir ki, bu sözləri Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev “BakıKart” terminallarının yığışdırılması barədə suala cavab olaraq bildirib.

O bildirib ki, hazırda dayanacaqlardan kənarda da “BakıKart”ın balansını artırmaq imkanı yaradılıb.

Mais Ağayevin sözlərinə görə, əvvəllər sərnişinlərin istifadəsində 197 “MilliÖn” və 50 ədəd “BakıKart” terminalı mövcud olub. Sentyabrda tətbiq edilən yenilik sayəsində hazırda bütün “MilliÖn” terminalları “BakıKart” ödənişlərini qəbul edir:

“”MilliÖn” terminalları vasitəsilə etdiyiniz digər ödənişlər kimi “BakıKart” balansınızı da artıra bilərsiniz. Nəzərə alsaq ki, Bakı şəhərinin inzibati ərazisində 1400 ədəddən çox “MilliÖn” var, bu, artıq sərnişinlərimiz üçün çox böyük rahatlıq deməkdir. Bütün digər ödənişlər kimi bunu marketlərdə, iaşə obyektlərində olan “MilliÖn” terminalları ilə edə bilərlər”, – deyə o qeyd edib.

Apa.tv

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

4 + eleven =